14 C
Baku
Sunday, November 24, 2024

ABŞ günəş enerjisinin inkişafına $7 mlrd. ayırır

Bu gün, aprelin 22-də ABŞ prezidenti Co Baydenin administrasiyası ümumi dəyəri 7 milyard dollar olan günəş enerjisinin inkişafına dəstək planını açıqlayıb. Ağ Evin bəyanatında deyilir ki, “Hamı üçün günəş enerjisi” planı günəş enerjisinin aşağı gəlirli rayonlara çatdırılmasına kömək edən layihələrin dəstəyinə üstünlük verəcək.

Bu layihə ABŞ-də 2022-ci ildə qəbul edilmiş inflyasiyanın azaldılması aktında (Inflation Reduction Act) nəzərdə tutulan tədbirlərin bir hissəsidir. Bugünkü tədbirlər paketi çərçivəsində kasıb ərazilərdə günəş enerjisinin paylanması üçün layihələr hazırlayan 60 qeyri-hökumət təşkilatına, müxtəlif ştatların və şəhərlərin dövlət qurumlarına vəsait ayrılacaq.

Ümumilikdə bu tədbirlər təxminən 900 min evi əhatə etməli və onlara elektrik enerjisinə ildə orta hesabla 400 dollar qənaət etməyə kömək etməlidir. Bundan əlavə, belə layihələrin 200 minə qədər iş yerinin yaradılmasına imkan verəcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər