Son beş ildə Azərbaycanda 4 sosial islahatlar paketi həyata keçirilib.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 25 aprel – Sahibkarlar Gününə həsr olunmuş tədbirdə bildirib.
“Bunun nəticəsində ölkədə minimum əməkhaqqı və maaş fondu 2.8 dəfə artıb. Bu, böyük nailiyyətdir, əmək bazarının tənzimlənməsi, eləcə də vətəndaşlarımızın daha layiqli məşğulluğunun təmin edilməsi üçün əsas istiqamətdir. Hazırda nazirliyin əsas məqsədlərindən biri korporativ sosial məsuliyyət layihələrinin sayının və çeşidinin genişləndirilməsidir”, – deyə o qeyd edib.