Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 15455,3 mln. manat vəsait daxil olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, büdcədən 15469,2 mln. manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 13,9 mln. manatlıq kəsir ümumi daxili məhsulun 0,03%-i səviyyəsində olub.
Büdcə xərclərinin 5,8 mlrd. manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 3,6 mlrd. manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 6,1 mlrd. manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilib.