Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.
Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PUA sənayesinə qarşı yeni sanksiyalar elan edib.
Bu tədbirlər İranın pilotsuz uçuş aparatlarını işə salma imkanlarını məhdudlaşdırmaq məqsədi ilə atılıb və sanksiyalar PUA istehsal edən şirkətlər şəbəkəsinin dörd müəssisəsini və iki direktorunu hədəf alır.