2016-cı il üçün Azərbaycanın dövlət büdcəsinin yeni layihəsi hazırlanır.
Bu barədə AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
E. Rüstəmov bildirib ki, sənəd neftin yeni, real qiymətlərinə uyğunlaşdırılır: “Büdcə layihəsində neftin baza qiyməti 30 dollardan götürüləcək, yəni təsdiq olunmuş dövlət büdcəsindəki rəqəmdən 20 dollar aşağı”.