10 C
Baku
Thursday, December 12, 2024

Sberbank Investment Research: dollar 2 AZN ola bilər

Rusiyanın ən böyük bankı olan Sberbankın  Sberbank İnvestment Research  qrupu  manatla bağlı proqnozlarını açıqlayıb.

Sberbank Investment Research analitiklərinin açıqlamasına  görə, Brent markalı neftin  bir barrel üçün qiymətinin $25 düşməsi, manatın zəifləməsinə və nəticədə 1 dollar 2 manat səviyyəsinə çata bilər.

Manatın hansı həddə dayanacağı sualı isə hələki açıq qalır. Səbəb isə, bazarın neft qiymətləri ilə bağlı qeyri müəyyənliyidir və hazırda neftin minimal hansı qiymətə qədər düşməsini proqnozlaşdırmaq mümkün deyildir. əgər neftin qiyməti düşməkdə davam etsə, o zaman manat dollar məzənnəsinin hazırki rəsmi məzənnəsi olan 1.6-dan zəifləyərək 2 manata yaxınlaşması mümkündür – investisiya şirkətinin icmalında belə deyilir.

 

 

Son xəbərlər
Digər xəbərlər