13 C
Baku
Tuesday, November 19, 2024

İlin ilk 4 ayında hərraclarda banklara $2.33 mlrd. valyuta satılıb

Azərbaycanda bankların valyuta hərracları yenidən canlanmış kimi görünür.

Banker.az xəbər verir ki, 2024-cü ilin aprelinin son valyuta hərracı bu gün bitdi və hərracda məlum olub ki, banklar 75.4 milyon dollar əldə ediblər.

Bununla da Mərkəzi Bankda əsas satış mövqeyində çıxış etmiş ARDNF ilə birlikdə aprel ayında banklara 546.3 milyon dolları satılıb. Bu mart ayından 10 faiz çoxdur.

436353534

Mart ayında valyuta hərracında banklara 498.3 milyon dollar satılmışdı. Fevralda isə bu 870.6  milyon dollar təşkil etmişdi.

İlin ilk 4 ayında valyuta hərraclarında 2 milyard 332.3 milyon dollar satılıb. Bu illik müqayisədə 1 milyard 117.2 milyon dollar və ya 92 faiz artımdır.

Banker.az-ın məlumat bazasına əsasən son 4 ildə hər ilin ilk 4 ayı üzrə valyuta hərraclarında satılan dollarlar belədir:

İlin ilk 4 ayı Milyon dollar
2020                   3,303.0
 2021                   1,992.7
 2022                   2,173.1
 2023                   1,215.1
2024                   2,332.3

 

 

Son xəbərlər
Digər xəbərlər