13 C
Baku
Friday, November 22, 2024

Ər-arvad arasında bölünməyən əşyalar hansılardır?

“Nikah pozularkən ər-arvadın hər birinin ayrıca əmlakı sayılan, əvəzsiz əqdlər əsasında əldə olunmuş və yaxud da şəxsi vəsait hesabına alınmış əşyalar bölünə bilməz”.

Bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Zaur Əliyev bildirib.

Hakim qeyd edib ki, tərəflərdən hər hansı birinin valideyni nikah dövründə hədiyyə veribsə, bu, nikah pozulduqdan sonra əmlak bölgüsündə bölünə bilən əşyalar sırasında sayılmır. Kimin mülkiyyətidirsə, onun mülkiyyəti kimi tanınır. Məhkəmə də bunu təsbit edir: “Elə əşyalar var ki, qanun özü göstərir ki, bu, fərdi istifadə üçün nəzərdə tutulub. Məsələn, geyim əşyaları, ayaqqabılar və bu kimi fərdi istifadə əşyaları hər birinin ayrıca əmlakı sayıldığına görə bölgünün predmeti deyil. Eyni zamanda bəzən istehlak təyinatına görə, konkret olaraq ərin və ya arvadın fərdi istifadəsinə ayrılmış elə əşyalar var ki, hər ikisi istifadə edə bilər. Deyək ki, bir mobil telefon, planşet və s. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunursa ki, onlardan birinin tamamilə fərdi istifadəsi üçün ayrılıb və razılaşdırılıb, bu halda həmin əşyaların bölünməyən əşyalar kimi xarakterizə edilməsi mümkündür”.

Z.Əliyev bildirib ki, uşaqlara aid əşyalar da ər-arvad arasında bölüşdürülə bilməz: “Uşaqların geyimləri, idman ləvazimatları, musiqi alətləri, oyuncaqlar dəyərli ola bilir. Bunlar da bölüşdürülmür və uşaq boşanmadan sonra hansı valideynin yanında qalırsa, o valideynə verilir. Həmçinin uşaqların adına qoyulmuş əmanətlər də bölünmür”.

Son xəbərlər
Digər xəbərlər