“Zarat Taxıl” MMC fəaliyyətinə xitam verərək “Zarat İmport Export” MMC-yə qoşulduğunu elan edir.
Banker.az xəbər verir ki, “Zarat Taxıl” MMC-nin hüquq və vəzifələri “Zarat İmport Expot” MMC-yə keçir.
“Zarat İmport Export” MMC “Zarat Taxıl” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Qeyd edək ki, Zarat Taxıl MMC 2021-ci ildə Cəlilabadda yaradılıb, qanuni təmsilçisi Camal Əliyevdir. “Zarat İmport Export” MMC isə 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 3 100 010 manatdır və qanuni təmsilçisi Emin Səfərovdur.