9 C
Baku
Monday, November 18, 2024

Bu ölkə fransız dilindən imtina etdi

Seneqal rəsmi dil olaraq fransız dilindən imtina edib.

1960-cı ildə Fransa müstəmləkəçiliyindən azad olan Seneqal ərəb dilini alternativ rəsmi dil olaraq qəbul edib.

Seneqal hökumətinin müvafiq qərarı Nazirlər Kabinetinin iclasından sonra qəbul olunub.

Bu qərar Seneqalda baş verən siyasi dəyişikliklərin fonunda misilsiz addım olaraq qiymətləndirilib. Belə ki, aprelin əvvəlində ölkənin yeni seçilmiş prezidenti Bassiru Diomay Fay Fransa hərbçilərinin Seneqalı tərk etməsini tələb edib.

Seneqal prezidenti, həmçinin, Parislə bütün əvvəlki sazişlərin yenidən gözdən keçirilməli olduğunu bildirib. O, bunu Seneqalın daha çox siyasi və iqtisadi azadlıq əldə etmək istəyi ilə əsaslandırıb.

Son xəbərlər
Digər xəbərlər