1 C
Baku
Saturday, December 14, 2024

Azər Türk Bank qalibləri mükafatlandırdı

Azər Türk Bankın “Arzular qutusu” müsabiqə-layihəsinin nəticələri açıqlanıb. Münsiflər Heyətinin qərarı ilə Könül Əvəzqızı, Ulduz Ələkbərova və Zəka Məmmədov adlı iştirakçılar layihənin qalibi elan olunub.

Bu gün qaliblərlə görüş keçirilib, onlara Azər Türk Bankın mükafatları təqdim olunub. Layihə iştirakçıları “Arzular qutusu” layihəsi ilə bağlı təəssüratlarını bölüşüblər. “Arzular qutusu” layihəsi 01.12.2015-10.01.2016-cı il tarixlərində Fəvvarələr Meydanında təşkil olunmuş “Soyuq əllər, isti ürək: Mələklər” adlı Yeni İl Xeyriyyə Yarmarkasında reallaşdırılıb. Xeyriyyə Yarmarkasını ziyarət edən şəxslər Azər Türk Bankın burada fəaliyyət göstərən “qış evləri”nə baş çəkərək həm bankın məhsul və xidmətləri barədə ətraflı məlumat alıblar, həm də Bankın 2016-cı ildəki fəaliyyəti ilə bağlı arzu və təkliflərini yazaraq “Arzular qutusu”na daxil etməklə müsabiqəyə qatılıblar. Layihədə iştirak etmiş bütün şəxslərin arzu və təklifləri Münsiflər Heyəti tərəfindən qiymətləndirilib. Layihənin qalibi olmuş şəxslərlə yanaşı üç iştirakçıya da həvəsləndirici mükafatlar təqdim edilib.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatlarıwww.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər