21 iyun 2024- cü il saat 17:00 da Balakən şəhəri, R Səmədov küçəsi 20 ünvanında “Cederovtala Tütün” ASC-nin səhmdarlarının növbəti illik ümümi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin sədrinin hesabatı
2. İllik hesabatın təsdiqi.
3. “Cederovtala Tütün” ASC-nin məhdud məsuliyyətli cəmiyyət formasında yenidən təşkil edilməsi barədə məsələlərin müzakirəsi.
4. Cəmiyyətin ləğvi.
5. Təhvil – Təslim Aktının təsdiq edilməsi.
6. Digər məsələlər.
Qeyd edək ki, ASC 2012-ci ildə yaradılıb, nizamnamə kapitalı 22 616 manatdır və qanuni təmsilçisi Yusif Göylərovdur.