Vəzifəyə olan tələblər:
Şəxsi keyfiyyətlər:
- Natiqlik qabiliyyəti, gülərüz və mehriban olan xanım işçilər;
- Etik qaydalara uyğun davranışa sahib olma bacarığı;
- Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti;
- Hər bir vəziyyətdə təmkinli ola bilmə qabiliyyəti;
- Müştərinin bütün suallarını cavablandırma bacarığı;
Peşəkar tələblər:
- Ali təhsil;
- Analitik düşüncə qabiliyyəti;
- Müştəri xidməti ilə bağlı bütün növ təlimlər üzrə biliklərə malik olma bacarığı;
- Azərbaycan,rus dili mütləq, ingilis dillərində sərbəst danışıq bacarığı;
- Bankdaxili sənəd dövriyyəsi üzrə işin düzgün aparılması;
Vəzifə öhdəlikləri:
- Bankdaxili fəaliyyətinə dair normativ – hüquqi aktları və səlahiyyətli orqanların aidiyyatı qərar,sərəncam və məhsullarla bağlı əmrləri bilməsi;
- Call center-in mütəxəssisi banka daxil olan zəngləri tam dinləməli və daxili etik qaydalara riayət etməli, verilən suallara dolğun cavab verməli;
- Parabank ASC-nin idarəetmə stukturunu bilməli;
- Profili, şöbələrin yerləşməsi və işçi heyətini və onların kontakt nömrələrini bilməli;
- 24 saat ərzində call center-ə daxil olan zənglərin hesabatlarını hazırlamalı və müvafiq şəxslərə ötürməli;
- Daxil olan şikayət, tələb, təklif və müraciətlərin aidiyyatı üzrə istiqamətləndirməli;
- Daxil olan müraciətlərin tarixi,məqsədi,göndərildiyi ünvan, həmçinin icra üçün yönəldilən şöbənin, işçinin və s qeydiyyatı;
- FİSD işinə birbaşa köməklik etmək;
Məsuliyyəti:
- Ona həvalə edilən vəzifə öhdəliklərinin vaxtında və vicdanla yerinə yetirmək;
- Görülən işlərin nəticə etibarı ilə effektliliyini gün-gündən artırmaq;
- Bankın mənafeyinin hər şeydən üstün tutmaq və daim bunun üçün çalışmaq;
- Bankın iş prossesinə mane olan halları aşkar etmək və qarşısını almaq;
- Bankın Daxili İntizam Qaydalarına riayət etmək
CV-ləri Call Centre, mütəxəssis mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.