7 C
Baku
Thursday, December 12, 2024

Kreditlərə necə güzəşt olacaq? – Nazirdən açıqlama

Əhalinin 5 min manatadək olan kreditlərinə hökümət tərəfindən güzəşt edilmə məsələsi qərara alınsa belə, bu yaxşıca yoxlanılmalıdır.

ANS-in məlumatına görə, bunu ölkənin Maliyyə naziri Samir Şərifov deyib. Telejurnalistin “hökumətin müəyyən miqdar civarında kreditləri olan əhaliyə hökümət tərəfindən güzəşt olunub olunmayacağı” sualına nazir belə cavab verib:

“Əgər güzəşt edilmə məsələsi qərara alınsa, onda bu yaxşıca yoxlanılmalıdı. Hesab edirəm ki, hökumət tərəfindən böyük bir addım artıq atılıb. Bu addımlardan ən əsası, dövlət başçısının insanların banklara yerləşdirdiyi əmanətlərlə bağlı idi. Yəni, əgər bank bağlansa, dövlət söz verir ki, yüz faiz vətəndaşın qoyduğu əmanətin pulu ona qaytarılacaq. Bu həmçinin bank sektoruna dövlət tərəfindən böyük bir dəstək hesab olunur”.

Samir Şərifov həmçinin əlavə edib ki, Azərbaycanda banklar istehlak kreditlərini yüksək faizlə verirlər və bununla da yüksək gəlir əldə edirlər. “Bu məsələlər ətrafında müzakirələr davam edir” – deyə Şərifov bildirib.

Son xəbərlər
Digər xəbərlər