Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması üzrə işlər davam etdirilir. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində deyib.
S.Şərifov bildirib ki, bankın əvvəlki rəhbərliyi idarəetmədə böyük səhvlərə yol verib və bu gün həmin səhvlərə hüquqi qiymət verilir:
“Bir çox hallarda bank rəhbərliyi bankın Müşahidə Şurasının təlimatlarından imtina edib və maliyyə hesabatlarındakı məlumatlar təhrif edilib. Bütün bunlar maliyyə vəsaitlərinin mənimsənilməsi faktına gətirib çıxarıb”.
Nazir əlavə edib ki, bankda həmçinin rəhbər şəxslərlə bağlı olan kreditlər şəklində verilmiş kreditlərin mənimsənilməsi halları da baş verib.