8 C
Baku
Friday, December 13, 2024

Həcc vizası olmayan şəxslər cərimə ediləcək

Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi həcc vizası olmayan şəxslərin cərimə ediləcəyi barədə xəbərdarlıq yayıb.

Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmi “X” səhifəsində bildirilib.

Qeyd olunub ki, Həcc qaydalarını və müvafiq təlimatları pozanlara qarşı iyunun 2-dən etibarən cəza tədbirləri həyata keçiriləcək. Qaydaları pozan şəxslər təxminən 2 675 ABŞ dolları məbləğində cərimə ediləcək. Eyni zamanda həmin şəxslər deportasiya ediləcək. Həmçinin bildirilib ki, qaydalar təkrar pozularsa nəzəedə tutulan məbləğ ikiqat artırılacaq.

Son xəbərlər
Digər xəbərlər