Əmanətlərin tam sığortalanması haqqında qanun “Gəncəbank”ın müştərilərinin əmanətlərinə aid edilməyəcək. Bunu Trend-ə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, qeyd edilən qanun cari ilin fevralın 1-dən qüvvəyə minir, buna görə də o, “Gəncəbank”ın əmanətçilərinə aid edilmir: “ADIF bankın müştərilərinə 30 min manatadək əmanətləri qaytaracaq”.
A.Cavadov qeyd edib ki, ümumilikdə əmanətərin həcmi böyük deyil və onların qaytarılması ilə bağlı problem olmayacaq: “Qeyd etmək istəyirəm ki, “Gəncəbank” və “Bank of Azerbaijan”ın müştərilərinə əmanətləri qaytarmaq üçün fondin kifayət qədər vəsaiti var və heç bir problem yaranmayacaq”.