8 C
Baku
Sunday, November 17, 2024

Qarabağda zəmanət və subsidiya mexanizminə ilk sahibkar müraciəti olub

Kredit-zəmanət və subsidiya mexanizmi çərçivəsində Şuşa şəhərində bir sahibkarlıq subyekti kommersiya bankından götürdüyü 800 min manat kreditə qarşı 90%-ə qədər zəmanətlə təmin edilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xalıyev deyib.

“Fond artıq həmin kredit üzrə faizlərin 10 % bəndinin subsidiyalaşdırılmasına başlayıb”, – deyə, əlavə edib.

O, bildirib ki, kredit-zəmanət və subsidiya mexanizminə əsasən, sahibkarlar müvəkkil kredit təşkilatlarından maksimum 5 milyon manatadək krediti 7 il müddətinə götürə bilər:

“Kreditin faiz dərəcəsi maksimum 15 %-dir. Bunun 10 % bəndini Fond sahibkarın əvəzinə subsidiyalaşdırır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər