10 C
Baku
Friday, December 13, 2024

“BP Azerbaijan”: Ceyhandan 54 mln. barel xam neft 72 tankerə yüklənib, yola salınıb

2024-cü ilin I rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 33 milyon dollar, əsaslı xərclərə isə 7 milyon dollar vəsait xərclənib. Ötən ilin eyni dövründə bu xərclər müvafiq olaraq 34 mln. dollar və 10 mln. dollar idi.

Bu barədə Banker.az-a “BP Azerbaijan”dan məlumat daxil olub.

Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 72 tankerə yüklənmiş və yola salınmışdır.

Keçən ilin eyni dövründə BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 53 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənmiş və yola salınmışdı.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 568 milyon ton (4,3 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5629 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.

BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.

Son xəbərlər
Digər xəbərlər