10 C
Baku
Wednesday, December 11, 2024

«Dollar-a-year men» konsepsiyasının yaranma tarixi

ABŞ-da ölkənin böhran yaşadığı bir neçə dövr olmuşdur. Bu dövrlərin əksəriyyəti isə son vaxtlara təsadüf edir. Birinci və İkinci dünya müharibələri, Koreya müharibəsi ölkəni bərbad vəziyyətə gətirib çıxarmışdı və hökumət öz gücünün köməkliyi ilə bu vəziyyətdən çıxa bilmirdi. Bu zaman, yəni 20-ci əsrin əvvəlində «Dollar-a-year men» konsepsiyasını yaratmaq qərarına gəlirlər. Bu ideya çərçivəsində ölkə rəhbərliyi məşhur biznesmen və sahibkarları məsləhətçi qismində dəvət edirdi və onlar da ö növbəsində səfərbər olmalı və  ölkə iqtisadiyyatını idarə etməli idilər.

Dəvət edilmiş sahibkarlar müxtəlif vəzifələri tutur, məsləhətçi qismində fəaliyyətə başlayaraq nazir olaraq bitirirdilər. onları birləşdirən ümumi cəhət isə 1 dollarlıq əmək haqqı idi. Belə düşünülürdüki, hər bir sahibkar artıq sərvətə sahibdir və buna görə də göstərdikləri xidmət qarşılığında əmək haqqı almağa ehtiyacları yoxdur.  Dövlət onların hər birinə eyni, 1 dollar əmək haqqı təyin etmişdi və bununla da əlaqədar olaraq «Dollar-a-year men» ifadəsi yaranmışdı.

Bu konsepsiyanın ilk iştirakçılarından biri 1920-ci illərdə ABŞ-da ən varlı insanlardan biri hesab edilən Alvan Fuller idi. O 1925-ci ildə Massaçusets ştatının qubernatoru olur və 4 il ərzində 1 dollar əmək haqqı alır.

Kentucky’s Ashland Oil neft emal edən şirkətin yaradıcısı Pol Bleyzer də eyni əmək haqqını əldə edirdi. O iki dəfə prezident Ruzveltin administrasiyasının məsləhətçisi olmuşdur.

İkinci dünya müharibəsi zamanı Kanada da bu konsepsiyadan istifadə edir. ABŞ qanunlarına görə dövlət qulluqçusu pulsuz işləyə bilməzdi. Kanada da isə belə bir qanun mövcud olmadığına görə uğurlu sahibkarlar dövlət iqtisadiyyatını ayağa qaldırmağa görə 1 dollar qarşılığında deyil, pulsuz olaraq çalışırdılar.

“1 dollarlıq əmək haqqı” konsepsiyası ABŞ-da hələ də aktualdır. Məsələn, Arnold Şvarsnegger Kaliforniya ştatının qubernatoru vəzifəsinə görə 1 dollar əmək haqqı alırdı. New-York şəhərinin meri Maykl Blumberg-də belə şəxslərdən biridir.

Biznes mühitdə isə 1 dollarlıq əmək haqqını özlərinə şirkət rəhbərləri təyin edirlər. Oracle şirkətinin rəhbəri Larry Ellison, məşhur dahi Steve Jobs, Google şirkətinin direktorlar şurasının sədri Erik Şmidt 1 dollar əmək haqqı əldə edən sahibkarlardandır.

Son xəbərlər
Digər xəbərlər