10 C
Baku
Thursday, November 28, 2024

Gələcəyin əsas meqapolisləri məlum olub

2023-cü ildə dünya əhalisinin 56%-i şəhərdə yaşayırdı. 2050-ci ilədək planetin əhalisinin sayı 1.6 milyard nəfər artacaq. Onların azı 70%-i şəhərlərdə yaşayacaq.

Bu məlumatı Avstraliyanın “Institute for Economics & Peace” təşkilatı yayıb. İnstitut həmçinin 2050-ci ilədək ən böyük meqapolisə çevriləcək 5 şəhərlə bağlı da proqnoz verib.

İnstitutun mütəxəssislərinin fikrincə, 2050-ci ildə ən böyük şəhərlər arasında beşinci yeri Bombey (Hindistan) tutacaq. Burada 32 400 000 nəfərin yaşayacağı gözlənilir.

Dördüncü yerdə Misirin paytaxtı Qahirə gəlir. Burada 32 600 000 nəfərin məskunlaşacağı ehtimal edilir.

Tokio ilə bağlı da proqnoz maraqlıdır. 2022-ci ildə 37 300 000 nəfər sakinlə Yaponiyanın paytaxtı dünyanın ən böyük şəhəri olub. Lakin ölkədə doğum sayı azaldığı üçün Tokioda 2050-ci ildə ən yaxşı halda 32 600 000 nəfərin yaşayacağı gözlənilir. Gündoğar ölkənin paytaxtı ilk beşlikdə üçüncü yerdə qərarlaşacaq.

İkinci yerdə qərar tutacaq Banqladeşin Dəkkə şəhərində 34 600 000 nəfərin məskunlaşacağı gözlənilir. Hazırda şəhərə ciddi axın var.

Hazırda dünyanın ikinci ən böyük şəhəri olan Yeni Dehlinin 2050-ci ildə dünyanın ən böyük meqapolisinə çevrilməsi gözlənilir. Ehtimala görə, burada 2050-ci ilədək 49 600 000 nəfər məskunlaşacaq.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər