“Samur” – “Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşəcək
Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək onlayn iclasının gündəliyinə daxil edilən Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.