Bu il ərzində Azərbaycanda 9 şirkət etibarsız təchizatçı reyestrinə daxil edilib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Təchizat Zənciri Liderləri Zirvəsində deyib.
O bildirib ki, bu şirkətlər 3 aydan 3 ilə qədər dövlət satınalmalarında iştirak edə bilməyəcək: “İstəyirəm ki, “qara siyahı”ya düşən şirkətlər bunu onlara qarşı hədə-qorxu kimi qəbul etməsin. Əksinə onlar satınalmalarda iştirak edə bilməyəcəkləri müddəti əskikliklərini aradan qaldırmaq, fəaliyyətlərindəki qüsurları aşkarlayaraq düzəltmək üçün fürsət kimi qəbul etsinlər”.