Bu il Qazaxıstanın “Kazmortransflot” milli gəmiçilik şirkətinin (“Kazmunayqaz”ın törəmə müəssisəsi) konteyner gəmiləri Aktau-Bakı marşrutu üzrə Xəzər dənizi ilə 100 min tondan çox yük daşıyıb.
Bu barədə “Kazmunayqaz” şirkətindən məlumat verilib.
Aprel ayında rekord sayda konteyner daşımaları qeydə alınıb: 2850 TEU (təxminən 35 min ton yük), orta hesabla 2500 TEU (iyirmi fut ekvivalent vahid).
Şirkətin konteyner gəmiləri bu istiqamətdə ayda orta hesabla 8-9 gediş-gəliş həyata keçirərək Asiya ilə Avropa arasında əlaqəni təmin edir.