Mem səhmləri – internet icmalardardakı “səs-küy” səbəbindən inanılmaz artım göstərən səhmlərdir. Eyni zamanda, bu cür səhmlərin dəyəri, yumşaq desək, şirkətin fundamental göstəriciləri ilə müqayisədə şişirdilmişdir.
Mem səhmlərinin ilk bariz nümunəsi “GameStop”dur. Şirkət kompüter oyunlarının satışı ilə məşğul olsa da, uzun müddət işi yaxşı getmirdi – səhmlər get-gedə ucuzlaşırdı. “Reddit” istifadəçiləri “GameStop”a kömək etmək üçün kütləvi şəkildə səhmləri almağa başladılar.
Əgər 2021-ci il yanvarın 3-də bir səhmin qiyməti 17.32 dollar idisə, yanvarın 24-də bu göstərici 326.78 oldu, yəni qiyməti 18 dəfə qalxdı.
“GameStop” qiymətli kağızlarının düşməsinə mərc edən böyük oyunçular 4-5 milyard dollar itirdilər. Bu hadisədən sonra “mem səhmləri” termini meydana çıxdı və bütün analitiklər “Reddit”i izləməyə başladılar.