“OpenAI”nin elmi direktoru və həmtəsisçisi İlya Sutskever şirkətdən ayrıldığını bildirib. Sem Altmanın sözlərinə görə, cənab Sutskeverin yerini şirkətin elmi tədqiqatlar üzrə direktoru Yakub Paçotskki tutacaq.
“Təxminən on ildən sonra OpenAI-dən ayrılmaq qərarına gəldim. Birgə işləmək mən üçün böyük şərəf və imtiyaz idi”, – deyə Sutskever söyləyib.
İlya Sutskever 1984-cü ildə Nijni Novqorodda anadan olub. 1991-ci ildə ailəsi ilə birlikdə İsrailə mühacirət edib, sonra isə Kanadaya köçüb. 2013-cü ildə cənab Sutskever dərin neyron şəbəkələrinin inkişafı üzrə ixtisaslaşmış “DNNresearch Inc” şirkətinin yaradıcılarından biri olub. Həmin il şirkət “Google” tərəfindən satın alınıb və mütəxəssis “Google Brain”də işləməyə davam edib. 2015-ci ildə İlya Sutskever İlon Mask, Sem Altman və Piter Til ilə birlikdə “OpenAI”nin yaradıcısı olub.