9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda 1 nəfər orta hesabla ayda 417 manat xərcləyib

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış
malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 faiz artaraq ümumi
pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2024-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,2 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz, bazar və yarmarkalarda 1,5 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda
416,5 manatlıq, o cümlədən 235,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
181,5 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər
Digər xəbərlər