14 C
Baku
Monday, November 3, 2025

Ekspertlər banklardan bəzilərinin bağlanacağını istisna etmirlər

Banker.azın verdiyi xəbərə görə, Mərkəzi Bank bu ay artıq 4 bankın lisenziyasını geri çağırmışdır.

Ekspertlər düşünürlərki, bu ayın sonuna qədər daha bir neçə bank bağlana bilər. Bu fikir onunla əsaslandırılır ki, 1 Fevral tarixindən əmanətlərin sığortalanması ilə bağlı yeni qaydalar qüvvəyə minir. Bu qaydalara əsasən, banklarda olan bütün əmanətlər sığortalanacaqdır. Və ekspertlərin fikrincə, Mərkəzi Bank, bazarda olan qeyri sağlam bankları məhz bu tarixə qədər “saf-çürük” edəcəkdir. Qeyd olunan tarixdən sonra , bankların bağlanması prosesi dayanacaqdır. Çünki bu tarixdən sonra bağlanacaq bankın bütün depozitləri ilə bağlı ödənişi yükü Əmanətlərin Sığortalanması Fondunun üzərinə düşür.

Son xəbərlər
Digər xəbərlər