12 C
Baku
Monday, November 25, 2024

“Azərbaycanın maliyyə sektorunda nəzarət və tənzimləmə renessans dövrünü yaşayır”

Azərbaycanın maliyyə sektorunda nəzarət və tənzimləmə renessans dövrünü yaşayır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev Bakıda keçirilən Fintex Sammitində deyib.

Onun sözlərinə görə, ödəniş xidmətləri təşkilatları, elektron pul qurumları, virtual aktivləri idarə edən qurumlar yeni qanunvericiliyə görə, hesabatlar verməlidir:

“Son illərdə ödəniş sistemləri ilə bağlı yeni qanun qəbul edilib, normativ-hüquqi aktlar işlənilib. Elektron pul və ödəniş təşkilatlarının lisenziyalaşması və nəzarət mexanizmləri tətbiq edilib”.

T. Əliyev bildirib ki, artıq AMB-yə lisenziya ilə bağlı 20-dən çox fintex şirkəti müraciət edib: “Onlar hazırda baxılma mərhələsindədir. Bildiyiniz kimi, nəzarət lisenziyalaşdırmadan başlayır. Mərkəzi Bank da öz sistemləri, daxili nəzarət və digər sistemlərilə hamısını yoxlanışdan keçirir ki, orda terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına yol verilməsin. Azərbaycanda hər bir quruma bu sistemlərə sahib olması tələbi var”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər