Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən tam potensialı ilə fəaliyyətə başlaması istiqamətində işlər davam edir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ile birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə ilə Gürcüstan arasında digər vacib infrastruktur və enerji layihələrində əməkdaşlıq mövcuddur.