28 yanvar 2016-cı il tarixində Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilmiş, Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılmışdır. Hərracda iştirak edən 7 bank tərəfindən məcmu tələb 113,260 mln ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunmuşdur.