Azərbaycan və Özbəkistanın üç şəhəri qardaşlaşıb.
Bununla bağlı bu gün Qubada keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumu çərçivəsində sənədlər imzalanıb.
Belə ki, Füzuli şəhəri (Azərbaycan) ilə Gülüstan şəhəri (Özbəkistan), Biləsuvar şəhəri (Azərbaycan) ilə Termez şəhəri (Özbəkistan), Mingəçevir şəhəri (Azərbaycan) ilə Namanqan şəhəri (Özbəkistan) arasında qardaşlaşma haqqında sazişlər imzalanıb.