9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda işsizlikdən sığorta daxilolmaları üzrə proqnoz artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun gəlirlərinin tərkib hissəsi olan işsizlikdən sığorta haqları üzrə daxilolmalara dair proqnoz 4,7 milyon manat artırılır.

Bu, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, işsizlikdən sığorta daxilolmaları üzrə proqnoz 2,8 % artırılaraq 180 milyon manatdan 185 milyon manata çatdırılır.

Artım Fondun 2023-cü ilin sonuna istifadə olunmamış vəsaitinin eyni məbləğdə və yaxud 8,1 % azaldılaraq 57,95 milyon manatdan 53,25 milyon manata endirilməsi hesabına baş tutacaq.

Eyni zamanda Fondun gəlirlərinin qeyri-büdcə sektoru üzrə hissəsi üzrə proqnoz eyni məbləğdə və yaxud 3,5 % artırılaraq 134,6 milyon manatdan 139,3 milyon manata çatdırılır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər