12 C
Baku
Monday, November 25, 2024

Avropa İttifaqı xarici agentlər haqqında qanuna görə Gürcüstana sanksiyalar tətbiq etmək niyyətində deyil

Avropa İttifaqı (Aİ) “xarici təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstana qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil, lakin bunun ölkənin Aİ-yə üzvlüyünə zidd olduğunu Tbilisiyə çatdırmaq istəyir.

Bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

“Söhbət cəza tədbirlərindən getmir. Amerikalılar kimi sanksiyalar tətbiq etmək? Onların danışıqları yoxdur, fərqli mövqeləri var. Düşünməyin ki, biz Gürcüstanı bir qanuna görə cəzalandırırıq. Onlar Aİ-yə daxil olmaq istədiklərini deyirlər və eyni zamanda “xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edirlər. Hər ikisini də bacara biləcəklərini düşünürlər. Bizim cavabımız: yox”, – o bildirib.

Son xəbərlər
Digər xəbərlər