Türkiyə tərəfi bir il ərzində “Akkuyu” AES-in ilk enerji blokunu işə salmaq niyyətindədir.
Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar “Habertürk” telekanalının efirində deyib.
“Ümid edirəm ki, biz bir il ərzində ilk reaktoru işə salacağıq. Atom elektrik stansiyasını 2028-ci ildə tam şəkildə işə salmağı qarşımıza məqsəd qoymuşuq”, – Bayraktar vurğulayıb.