9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda hüquqi şəxslərin əmlak vergisi üzrə proqnoz təxminən 9 % artırılır

Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 364,7 milyon manatının və yaxud 1 %-nin hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,5 % və ya 28,7 milyon manat çoxdur.

Xatırladaq ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.

Son xəbərlər
Digər xəbərlər