10 C
Baku
Wednesday, November 27, 2024

“Dəzgahqayırma Zavodu” aktivlərini satacaq – Şirkət MMC-yə çevrilir

30 avqust 2024-cü il saat 15.00-da, Şirvan şəhəri, Cənub Sənaye Qovşağında “DƏZGAHQA­YIRMA ZAVODU” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, Ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir:

1. “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin 2023-cü ilin yekunlarına dair maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatın müzakirəsi və təsdiqi.

2. “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin kreditorlar qarşısında öz öhdəliklərini yerinə ye­tirməsi məqsədilə “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin aktivlərinin satılması və onların dəyərinin müəyyən edilməsi.

3. “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin təşkilati-hüquqi formasının dəyişərək MMC-yə çevrilməsi.

4. “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin ləğv olunaraq cəmiyyətə məxsus bütün səhmləri­nin dövriyyədən çıxarılması.

5. “DƏZGAHQAYIRMA ZAVODU” ASC-yə müraciət etmiş səhmdarlara məxsus səhmlə­rin ləğv edilərək cəmiyyətdən ayrılması və çıxan səhmdarlarla səhmlərə uyğun payın natura şək­lində təhvil-təslim olunması, həmçinin təhvil-təslim aktının, razılaşma müqaviləsinin imzalanması sə­lahiyyətinin icra orqanının rəhbərinə həvalə edil­məsi.

6. “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında yeni hüquqi şəxsin ayrılması.

7. “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi­nın 49-cu maddəsində nəzərdə tutulmuş səlahiy­yətlərin “DƏZGAHQAYIRMA ZAVODU” ASC-nin icra orqanının rəhbərinə həvalə edilməsi.

Son xəbərlər
Digər xəbərlər