13 C
Baku
Saturday, November 23, 2024

Nazir müavini: Hal-hazırda üç dəhliz üzərində iş aparırıq

Bizim qarşımızda duran əsas məsələlərdən biri ölkəmizdə istehsal edilən yaşıl enerjinin Avropa ölkələrinə ixracı üçün zəruri infrastrukturun qurulmasıdır.

Bunu energetika nazirinin müavini Samir Vəliyev bu gün keçirilən COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində konfrans zamanı deyib.

O bildirib ki, hazırda 3 dəhliz üzərində iş aparılır:

“Birinci istiqamət “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi, ikinci istiqamət Zəngəzur dəhlizi, üçüncü istiqamət isə Mərkəzi Asiya ölkələrindən yaşıl enerji resurslarının Avropaya ixrac edilməsidir”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər