12 C
Baku
Monday, November 25, 2024

DSMF-nin gəlirləri və xərcləri 30 milyon manat artırılır

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində dəyişiklik edilir.

Bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasının gündəliyinə daxil edilən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinə dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 30 milyon manat (0,4 faiz) artırılmaqla 6 milyard 949,9 milyon manat təşkil edəcək.

İcbari Tibbi Sığorta Fondunun gəlir və xərcləri isə bərabər olaraq 38,9 milyon manat (1,4 faiz) artırılmaqla 2 milyard 850,3 milyon manat təşkil edəcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər