Birləşmiş Ştatlar Azərbaycanın Bakıda COP29-a ev sahibliyi etməsini alqışlayır.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyilir.
“Birləşmiş Ştatlar Azərbaycanın Bakıda COP29-a ev sahibliyi etməsini alqışlayır və biz uşaqlarımız və nəvələrimizə daha dayanıqlı və davamlı iqlim gələcəyi təmin etmək məqsdilə COP-u uğurlu etmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, – Blinken vurğulayıb.