16 C
Baku
Friday, October 18, 2024

Cəlilabadda kartof əkini kəskin düşüb və bu, ölkə üzrə göstəriciyə təsir edib

Azərbaycanda cari ildə kartof əkininin sahəsi öncəki illə müqayisədə azalıb və öncəki il 3 ən böyük kartof sahəsinə sahib olan Cəlilabadda əkinlər kəskin düşüb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ölkədə 2024-cü ilin yanvar-aprel ayları üzrə icmal göstəriciyə əsasən, 43.56 min hektar ərazidə kartof əkilib. 2023-cü ilin müvafiq dövründə bu rəqəm 45.91 min ha. idi ki, bu da illik müqayisədə 5.1 faiz azdır.

Əsas azalma Cəlilabad rayonu üzrə qeydə alınıb. 2023-cü ildə bu rayonda 5.5 min ha olduğu halda, bu rəqəm cari ildə 47.3 faiz azalaraq 2.9 min hektara düşüb. Keçən il Cəlilabaddan 5.5 min ha ərazidən 171.5 min tonluq kartof yığılmışdı. 2022-ci ildə bir hektara düşən məhsuldarlıq 327.3 sentner olduğu halda, 2023-ci ildə bu rəqəm 311.8 sentnerə düşüb. 1 sentner 100 kiloqrama bərabərdir.

Ölkədə ən iri kartof becərən Gədəbəy rayonunda əkin sahəsinin həcmi illik müqayisədə cüzi azalmaqla 7.08 min hektara düşüb.

Ümumilikdə ölkə ərazisində 995.9 min tonluq kartof yığılmışdı və bu da illik 5 faiz azalmadır.32445

Son xəbərlər
Digər xəbərlər