Zəngilan rayonunun Ağalı kəndi ərazisində bazar inşa olunacaq.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı hazırlıqlara başlayıb.
Belə ki, kənd ərazisində istehsalat sahələrinin, bazarın və ticarət obyektlərinin layihələndirilməsi işlərinə start verilib.
Sözügedən layihələndirmə işlərini “Geoproject” şirkəti həyata keçirəcək.