14 C
Baku
Saturday, November 23, 2024

“Merkuri BOKT” ASC-nin 2023-cü il üzrə audit rəyi verilmiş maliyyə hesabatı açıqlanıb

Audit rəyini “Prime Audit and Consulting” audit şirkəti verib.

Kredit təşkilatının faiz gəlirləri 2 milyon 94 min 610 manat, faiz xərcləri 860 min 116 manat, qeyri-faiz gəlirləri 425 min 483 manat, qeyri-faiz xərcləri 1 milyon 305 min 4 manat  təşkil edib.

31 dekabr 2023-cü il tarixinə “Merkuri BOKT” ASC-nin cəmi aktivləri 7 milyon 624 min 429 manat olub ki, bu da illik müqayisədə 33.21% artım deməkdir. Bunun 6 milyon 762 min 79 manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə bu göstərici 5 milyon 28 min 119 manat olub.

Hesabat dövründə təşkilatın cəmi öhdəlikləri 37.02% artaraq 6 milyon 916 min 464 manat, cəmi kapitalı isə 707 min 965 manat olmuşdur.

“Merkuri BOKT” ASC-nin illik mənfəətinin həcmi 225 min 076 manat təşkil edib.

Təşkilat 2012-ci ildə yaradılıb.

11 2 22 1

Son xəbərlər
Digər xəbərlər