9 C
Baku
Monday, November 18, 2024

Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin 2024-cü il yaz sessiyası başa çatıb.

Sessiyaya parlamentin bu gün keçirilən plenar iclasında yekun vurulub.

Spiker Sahibə Qafarova bildirib ki, yaz sessiyası dövründə 13 iclas keçirilib, 61 qanun qəbul edilib.

Sədrin sözlərinə görə, həmin müddətdə iki yeni qanun qəbul edilib, 50 qanuna dəyişiklik edilib, 9 beynəlxalq müqavilə təsdiqlənib.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçən iclasda Dövlət Himninin səsləndirilməsi ilə sessiya bağlı elan edilib.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər