Bu günlərdə keçirilmiş ABB-nin Səhmdarlarının Ümumi Yığıncağında qəbul edilmiş qərara əsasən Bank tərəfindən səhmlərin kütləvi təklif üsulu ilə buraxılması və yerləşdirilməsi qərarı Azərbaycan kapital bazarı üçün xüsusi önəm kəsb edir.
Banker.az xəbər verir ki, bunu ABB-Invest İnvestisiya Şirkətinin direktoru Nadir Babazadə bildirir.
Direktor bildirib ki, yaxın günlərdə səhm buraxılışının şərtləri ilə bağlı ətraflı məlumat veriləcək.
“Lakin onu qeyd edə bilərəm ki, ABB səhmlərinin kütləvi təklifi və yerləşdirilməsi ən yaxşı beynəlxalq təcrübəyə əsasən təşkil ediləcək və Azərbaycanın istənilən yerindən həmin səhmləri almaq üçün müvafiq şərait yaradılacaqdır”.
Babazadənin əlavəsinə görə miqyasına və əhatəsinə görə bənzəri olmayan bu səhm buraxılışı layihəsinin uğurlu icrası kapital bazarına yeni pərakəndə investorların cəlb edilməsini və ümumilikdə Azərbaycanda səhm bazarının daha da aktivləşməsinə öz müsbət tövhəsini verəcəyinə şübhə etmədiyini bildirib.