13 C
Baku
Sunday, September 29, 2024

Nazir müavini: İşəgötürənlər iş yerlərinin 5%-dək hissəsini sosial müdafiəyə ehtiyacı olanlara ayırmalıdır

2018-ci ildən sonra həyata keçirilən islahatlardan sonra əhəmiyyətli nailiyyətlər əldə etmişik.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Nazir müavini bildirib ki, 131 mindən çox şəxsin haqqı ödənilən işlərdə müvəqqəti məşğulluğunun təmin olunmasına nail olmuşuq: “Təxminən 27 min şəxsin peşə hazırlığına cəlb olunmasını təmin etmişik. Hazırda təqdim olunan dəyişikliklər qəbul olunacağı təqdirdə əlavə olaraq 15 min şəxsin peşə hazırlığına cəlb olunması təmin olunacaq. NK-nın qərarı ilə sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməyə çətinlik çəkən şəxslərin kvota iş yerlərinin müəyyən olunması sistemini biz tamamilə elektronlaşdırmışıq. İşəgötürənlər iş yerlərinin 5%-dək hissəsini sosial müdafiəyə ehtiyacı olan şəxslərə ayırmağa məcburdur. Bu gün ölkə üzrə kvota tətbiq edilən işəgötürən sayı 4050-ə yaxındır. Kvota 25 minə yaxın şəxsin işlə təmin olunmasına nail olunub. Təklif olunan layihə kvota iş yerlərini dolduran iş yerlərinə şamil olunacaq. Yəni 5 %-dək kvotanı dolduran şəxslər bu layihədə iştirak edə biləcək. Onların əməkhaqqlarını İşsizlikdən Sığorta Fondundan maliyyələşdirə biləcəyik. İşçilərlə ən az 2 illik əmək müqaviləsi bağlanacaq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər