6 C
Baku
Sunday, December 15, 2024

BOKT işçiləri ixtisar edib, filialları bağlayıb, xərcləri optimallaşdırıb – Zərərdən mənfəətə keçdi

“Prior Lizinq” şirkətinin törəmə kredit təşkilatı olan “Prior Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC 2023-cü ildə nizamnamə kapitalından 900 min manatını yığılmış zərər vasitəsinə ödəyib. İlin əvvəlində balansında 875 min manat yığılmış zərər vardı.

Banker.az xəbər verir ki, bu barədə şirkətin audit hesabatında qeyd edilir.

Hesabata əsasən, onun faiz gəlirləri 541 min manat olmaqla illik 5 faiz azalıb. Bununla belə BOKT digər mühüm xərcləri optimallaşdıra bilib. Məsələn, ümumi və inzibati xərcləri 38 faiz azalmaqla 386 min manata düşüb.

BOKT 2022-ci ildə 66 nəfər işçisi olduğu halda, 2023-cü ildə 42 nəfərə düşüb. Öncəki ildə 5 filial və 7 nümayəndəlik vardısa, 2023-cü ildə filial olmadan yalnız 10 nümayəndəliklə fəaliyyət göstərir.

“Prior Kredit” BOKT 2023-cü ildə əməkhaqqına xərcləri 45 faiz azaldaraq 289 min manata endirib. Bu onun əsas xərc istiqamətidir. Rəhbərlərə 2022-ci il 42 min manat ödəniş etdiyi halda, 2023-cü ildə bu 34 min manata düşüb.

Beləliklə, 2023-cü ildə 104 min manat xalis mənfəət əldə edib. 2022-ci ildə 342 min manat zərər idi.

BOKT son bir ildə kredit strategiyasını da dəyişib. Adətən Azərbaycanda BOKT-lər aktivlərində biznes kreditlərinə yer ayırırlar, lakin “Prior Kredit”də 2023-cü ilin əvvəlinə qədər biznes kreditlərinin ümumi kreditlərdə payı 75% (2 579 min manat) olsa da, 2023-cü ilin sonuna bu rəqəm 59%-ə (1 849 min manat) düşüb.

Biznes kreditlərindəki sərt enişə səbəb onun tikintiyə verilmiş kreditlərin son bir ildə 1 487 min manatdan 421 min manata düşməsidir. BOKT bu kreditlər üzrə zərəri fond kapitalı hesabına qarşılayıb. Əvəzində kənd təsərrüfatına verilmiş kreditləri 553 min manatdan 1 046 min manata qalxıb.

2 211

Son xəbərlər
Digər xəbərlər