9 C
Baku
Sunday, November 17, 2024

“Bank of Baku” 30 mln. manatlıq xalis mənfəət əldə edib

“Bank of Baku” ASC 2023-cü ildə də böyük həcmli xalis mənfəət əldə etməklə kapital balansındakı bölüşdürülməmiş mənfəətini böyütdü.

Banker.az xəbər verir ki, “Bank of Baku”nun 2023-cü il üzrə audit edilmiş hesabatından 30.12 milyon manatlıq xalis mənfəət əldə etdiyi məlum olub. Bankın xalis mənfəətindən sonra, bölüşdürülməmiş mənfəəti 111.62 milyon manata yüksəldi. Halbuki, bankın səhm kapitalı cəmi 52.87 milyon manatdır və kapitalın əsas hissəsi illərdir yığılmış mənfəətlərdir. Hesabat müddətində bankın mənfəət vergisi ödənişi 8.29 mln. manat təşkil edib.

Xalis mənfəətin bu qədər yüksək olmasına rəğmən bankın səhmdarları “NAB Holding” (35%), Hikmət İsmayılov (31.11%), “Azpetrol Neft Şirkəti” MMC (28.89%) və Elçin İsayev (5%) kapital mövqeyinin güclü qalmasında maraqlıdırlar və cəmi 10 mln. manat dividend ayırıblar.

Bank 2022-ci il üzrə 40.09 milyon manat xalis mənfəət əldə etmişdi.

BoB 2023-cü ildə illik müqayisədə faiz gəlirlərini 35% artımla 121.58 milyon manata yüksəldib.

KREDİTLƏR BÖYÜYÜR…

Kommersiya bankı “Bank of Baku” ASC 2023-cü ili balansında da uğurlu rəqəmlərlə qapadıb. Kənar auditin rəyinə əsasən, bank kredit portfelini 16 faiz artımla 641.9 mln. manata yüksəldib. Bankın aktivlərində əlavə 131.05 mln. manatlıq nağd pul var. Cəmi aktivlərin həcmi artaraq 694.4 mln. manatdan 868.59 mln. manata yüksəlib.

Bankın cəmi öhdəlikləri illik 28 faiz artımla 700.6 mln. manat olub. Bunun 525.77 mln. manatı müştərilərə ödəniləcək vəsaitlərdir.

Son xəbərlər
Digər xəbərlər