Bank Olmayan Kredit Təşkilatı “Kəpəz” MMC-nin nizamnamə kapitalındakı pay bir şəxsə ötürülüb.
Banker.az xəbər verir ki, BOKT-nin 2 mln. nizamnamə kapitalı var. İndiyə qədər BOKT-də Əbülfəz Əliyev Əlihəsən oğlunun payı 65.6 faiz idi. Son dəyişiklərdən sonra onun kredit təşkilatındakı payı 100 faiz olub.
O, BOKT-dəki bu 34.4 faiz payı Kazım Əliyev Sultan oğlundan satın alıb.
Əbülfəz Əliyev həmçinin şirkətin idarə edilməsində birbaşa iştirak edir. Belə ki, o Müşahidə Şurasının sədridir.
BOKT 2023-cü ildə 2 milyon 738 min manatlıq faiz gəlirinə qarşı 1 milyon 229 min manat xalis mənfəət əldə edib. Kredit təşkilatı 10 milyon 102 min manat kredit portfelinə sahibdir.