13 C
Baku
Saturday, November 23, 2024

Aİ ölkələri Rusiya Bankının dondurulmuş səhmlərinin istifadəsini müzakirə edəcəklər

Avropa İttifaqının (Aİ) maliyyə nazirliklərinin rəhbərləri Yeddilik Qrupunun (G7) təklifi ilə iyunun 5-də Rusiya Bankının (Mərkəzi Bankı-red) dondurulmuş aktivlərinin Ukraynaya kömək məqsədilə istifadəsini müzakirə edəcəklər.

Bu barədə “Reuters” yüksək rütbəli məmurlara istinadən xəbər yayıb.

Məlumata görə, Aİ-nin maliyyə nazirləri Ukraynanın tez bir zamanda 50 milyard dollara yaxın kredit almasına imkan yaratmaq üçün Rusiya Bankının Qərbdə dondurulmuş aktivlərindən istifadə etmək barədə G7-nin təklifi ilə bağlı videokonfrans keçirəcəklər.

Agentlik qeyd edib ki, kreditin həcmi hələ Aİ-də razılaşdırılmayıb, lakin bu məbləği ABŞ-nin maliyyə naziri Canet Yellen mayın 23-25-də İtaliyada G7-nin maliyyə rəhbərlərinin görüşündən sonra ehtimal kimi qeyd edib.

“Videokonfransdan konkret nəticə gözləmirəm. Mən bunu daha çox G7 liderlərinin gələn həftə keçiriləcək sammiti ərəfəsində ab-havanın yoxlanılması kimi görürəm”, – agentlik yüksək vəzifəli məmurdan sitat gətirib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər